Berbok Donald Trampı “təlimatlandırır”

 Berbok Donald Trampı “təlimatlandırır”
  17 Mart 2025    Oxunub:591
Almaniyanın Xarici İşlər naziri Annalena Baerbok ABŞ prezidenti Donald Trampa rusiyalı həmkarı Vladimir Putinlə necə söhbət etmək haqqında söhbətindən əvvəl ABŞ prezidenti Donald Trampa məsləhət verib.
AzVision.az Almaniyanın “Tagesschau” portalına istinadən xəbər verir ki, Berbok ABŞ liderini Ukraynanın zərərinə qeyd-şərtsiz güzəştə getməməyə çağırıb.

“İndi avropalıların və amerikalıların birlikdə və mütəşəkkil halda hərəkət etməsi çox vacibdir”, - Almaniya XİN-in rəhbəri bildirib.

Peskov: "Putin və Tramp sabah danışacaqlar"
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə martın 18-də danışmağı planlaşdırdığını açılqayıb.

- Mən çərşənbə axşamı prezident Putinlə danışacağam. Həftə sonu çox iş görüldü”, - ABŞ prezidenti “Air Force One” təyyarəsində jurnalistlərə deyib.

Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Trampın sözlərini təsdiqləyib. Amma iki ölkə liderlərinin hansı mövzuları müzakirə edəcəkləri barədə heç bir məlumat verilməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Berbok   Tramp   məsləhət  





Xəbər lenti