İsrail hərbçiləri qaçqın düşərgəsinə partlayıcı yerləşdirən iki radikalı hədəfə alıb

İsrail hərbçiləri qaçqın düşərgəsinə partlayıcı yerləşdirən iki radikalı hədəfə alıb
  17 Mart 2025    Oxunub:692
İsrail hərbçiləri Qəzza zolağına yeni hücuma keçərək anklavın mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsi ərazisinə partlayıcı qurğu yerləşdirən iki fələstinli radikalı hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İki terrorçu Qəzzanın mərkəzindəki Əl-Bureyc bölgəsində İsrail hərbçilərinin yaxınlığında yerə partlayıcı qurğu yerləşdirməyə cəhd edib. Hərbçilər terrorçulara zərbə endirib”, - deyə məlumatda bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti