Siyarto: "İki həftəyə sülh bərqərar ola bilər"

      Siyarto:    "İki həftəyə sülh bərqərar ola bilər"
  18 Mart 2025    Oxunub:479
"Macarıstan Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqların uğurlu olacağına, iki həftədən sonra Avropaya sülhün qayıdacağına ümid edir".
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Hindistanın paytaxtında keçirilən “Raisa Dialoqu” beynəlxalq konfransında çıxış zamanı deyib.

Avropa Putin-Tramp danışığını titrəyərək gözləyir - "Bild"
"Ümid edirik ki, bir neçə həftədən sonra Mərkəzi Avropada sülhün bərpasını görə biləcəyik", - XİN rəhbəri Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarla bağlı danışarkən deyib.

O, tərəflərin son zamanlar ardıcıl təmaslar qurmasını da alqışlayıb.

"Biz danışıqların başlanmasına olduqca şadıq. Səudiyyə Ərəbistanında ABŞ və Rusiya, daha sonra isə ABŞ ilə Ukrayna arasında aparılan danışıqları görmək xoş idi. Bu görüşlərdə tezliklə atəşkəs haqqında razılığa gəlinəcəyinə və sülh danışıqlarına başlanacağına böyük ümidlər bəsləyirik. Çünki biz Mərkəzi Avropaya sülhün qayıtmasını istəyirik", - Siyarto qeyd edib.

Diplomat xatırladıb ki, hələ Ukrayna müharibəsinin əvvəlindən Macarıstan hökuməti münaqişənin sülh yolu ilə həllinə çağırıb və Rusiya ilə dialoqun tərəfdarı olub.

Siyasətçi Avropa İttifaqı(Aİ) ölkələrinin əksəriyyətinin Ukraynada münaqişənin davam etdirilməsinə dair öhdəlik götürməsini də iddia edib. O qeyd edib ki, Avropada sülh lehinə olan və vətənpərvər siyasi qüvvələrin mövqeyinin güclənməsi fonunda belə qərarın verilməsinin səbəblərini bilmir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Macarıstan   Ukrayna   Sülh  





Xəbər lenti