Rusiya: "Kosmik sektorda ABŞ ilə işləməyə hazırıq"

      Rusiya:    "Kosmik sektorda ABŞ ilə işləməyə hazırıq"
  18 Mart 2025    Oxunub:590
Rusiya ABŞ-la kosmosda birgə iş ideyasını müzakirə etməyə hazırdır.
Bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev deyib.

Mask bir gündə 29 milyard dollar itirdi - FOTO
Fond rəhbəri yaxın vaxtlarda amerikalı milyarder İlon Maskla görüşmək niyyətində olduğunu da bəyan edib.

Martın 15-də Dmitriyev SpaceX-in baş direktoru İlon Maskın 2026-cı ilin sonunda insanabənzər robot olan- "Optimus"un kosmik gəmi ilə Marsa uçacağını elan etməsini qiymətləndirmişdi. O, iş adamının paylaşdığı posta reaksiya verərkən qarşı tərəfə əməkdaşlıq təklif edib. Rusiya rəsmisi bəyan edib ki, Moskva və Vaşinqton 2029-cu ildə Marsa birgə missiya göndərməlidir. Xüsusi nümayəndə xatırladıb ki, 2025-ci ildə SSRİ və ABŞ-nin “Soyuz-Apollon” missiyası çərçivəsində ilk beynəlxalq kosmosa uçuşunun əlli ili tamam olacaq.

Xatırladaq ki, həmin paylaşımda Mask qeyd edib ki, əgər uçuşlar yaxşı keçərsə, 2029-cu ildən gec olmayaraq qırmızı planetə insanların da olduğu kosmik gəmi göndərilə bilər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Mask  





Xəbər lenti