Berbok: "Qəzzanın bombalanması sülhə ümidi azaldır"

      Berbok:    "Qəzzanın bombalanması sülhə ümidi azaldır"
  19 Mart 2025    Oxunub:471
"İsrailin Qəzza zolağına yenidən hava hücumları həm israillilərin, həm də fələstinlilərin əzab-əziyyətin başa çatacağına dair ümidlərini puça çıxarır".
Bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok Livana səfərindən qabaq jurnalistlərə açıqlamasında dilə gətirib. O, tərəfləri təmkin göstərməyə, humanitar qanunlara hörmətlə yanaşmağa və diplomatik danışıqlara qayıtmağa çağırıb.

"Onlarla əsirin həyatı məhz sülhdən asılıdır. Hərbi əməliyyatların yenidən başlaması HƏMAS-dan təmizlənmiş Qəzza zolağına sülh gətirmək istəyən ərəb dövlətlərinin müsbət səylərini də riskə atır. Yaxın Şərqdə nüfuza malik dövlətlər, o cümlədən ABŞ regionun təhlükəsizliyinə töhfə verməlidir", - xanım nazir vurğulayıb.
HƏMAS: "Danışıqlara açığıq"

Xatırladaq ki, İsrail Ordusu dünən bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının 5 ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər. HƏMAS İsrailin zərbələrinə qarşı hələlik cavab verməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   Almaniya  





Xəbər lenti