İranda “əxlaq polisi” ləğv olunacaq

   İranda “əxlaq polisi” ləğv olunacaq
  19 Mart 2025    Oxunub:465
İran hakimiyyəti hicabla bağlı qanuna əməl olunmasına nəzarət edən əxlaq polisini ləğv edəcək.
AzVision.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf özünün “X” şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib.

Dəyişikliklər 2024-cü ilin sonunda sərt cəzaların cəmiyyətdə sabitliyi poza biləcəyinə görə yenidən baxılmaq üçün geri göndərilən “İffət və hicab” qanunu çərçivəsində həyata keçiriləcək.

“İranda artıq hicab taxmaq qaydalarının pozulmasına görə cəzalar mövcuddur və indi “həm müsbət, həm də mənfi cəhətləri” əhatə edən qanun qəbul olunmalıdır. Mövcud qanun küçə patrullarını tamamilə aradan qaldırıb, lakin İran hökumətinin həll etməli olduğu digər sahələrdə bəzi problemləri var”, - Qalibaf vurğulayıb.

Məhsa cinayətləri niyə təkrarlanır? - 16 yaşlı qız hicaba görə komaya düşüb
Xatırladaq ki, İranda hicabla bağlı münaqişələr və mübahisələr səbəbindən mütəmadi olaraq qalmaqallar yaranır. Məsələn, ötən il hicab taxmaqdan imtina edən yerli aktrisaların filmlərdə çəkilməsinə rəsmən qadağa qoyulub.

2022-ci ildə İranda keçirilən etirazlar zamanı bir çox aktrisa hicabdan imtina edib. Həmin vaxt mitinqlər izahat söhbəti üçün əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin faciəsindən sonra başlamışıdı. Belə ki, polis bölməsindəki “söhbətdən” sonra Məhsa Əmioni dünyasını dəyişmişdi.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   İran   "əxlaqpolisi"   ləğv  





Xəbər lenti