Serbiya hökuməti buraxıldı

   Serbiya hökuməti buraxıldı
  19 Mart 2025    Oxunub:433
Serbiya parlamenti Novi-Sadda şəhərindəki dəmir ylou stansiyasında damın uçması nəticəsində baş verən kütləvi tələbə etirazları fonunda hökuməti istefaya göndərib.
AzVision.az xəbər verir ki, artıq yeni hökumətin formalaşdırılması üçün 30 günlük müddət başlayır. Bu müddət ərzində Nazirlər kabineti formalaşmasa, ölkədə parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, baş nazir Miloş Vuçeviç hələ yanvarın 28-də, etirazların geniş vüsət aldığı zaman istefa verdiyini açıqlayıb. Kütləvi narazılığa səbəb 2024-cü ilin noyabrında Novi-Sadda 15 nəfərin ölümü ilə nəticələnən dəmiryol vağzalının damının uçması olub. Faciəyə görə prezident Aleksandr Vuçiç hökuməti korrupsiya və səhlənkarlıqda ittiham edilib.

Serbiyanın baş naziri vəzifəsindən getdi
Serbiya prezidenti bundan əvvəl müxalifətin tələb edəcəyi təqdirdə aprel ayında növbədənkənar parlament seçkilərinn keçirilməsinə hazır olduğunu bildirmişdi. Eyni zamanda, ölkə parlamentinin öznüdə də vəziyyət gərgin olaraq qalır - bu yaxınlarda iqtidar və müxalifət fraksiyalarının üzvləri arasında dava düşüb.

Yeri gəlmişkən, rusiyapərəst mövqeyi ilə seçilən Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə yaşanan etiraz aksiyalarının kənar qüvvələr tərəfindən qızışdırıldığını dəfələrlə vurğulayıb. Onun fikrincə, bu hərəkətlər, ilk növbədə, rəsmi Belqradın Avropa İttifaqının (Aİ) anti-Rusiya siyasətinin yedəyində getməkdən boyun qaçırması ilə izah olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Serbiya   hökumət   istefa  





Xəbər lenti