AK Ukraynadan şəkər idxalını azaltmaq niyyətindədir

AK Ukraynadan şəkər idxalını azaltmaq niyyətindədir
  20 Mart 2025    Oxunub:563
Avropa Komissiyası (AK) avropalı fermerlərin şikayətləri və bazarda qiymətlərin düşməsi səbəbindən Ukraynadan tədarük edilən şəkərin idxalını azaltmağı planlaşdırır.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, kənd təsərrüfatı və ərzaq üzrə Avropa komissarı Kristof Hansen belə bir niyyətini fevralın sonunda Parisdə keçirilən Kənd Təsərrüfatı Sərgisində açıqlayıb.

O, Aİ-nin idxalı tam olaraq nə qədər azaldacağını dəqiqləşdirməyib, lakin bunun hazırkı səviyyədən "əhəmiyyətli dərəcədə aşağı" olacağını vurğulayıb. Hansen əlavə edib ki, AK digər Ukrayna məhsulları, o cümlədən taxıl üçün idxal qaydalarını nəzərdən keçirəcək.

AzVision.az


Teqlər: Avropa   Şəkər  





Xəbər lenti