İsrail HƏMAS-ın hərbi kəşfiyyat rəhbərini zərərsizləşdirib

İsrail HƏMAS-ın hərbi kəşfiyyat rəhbərini zərərsizləşdirib
  21 Mart 2025    Oxunub:910
İsrail ordusu Qəzza zolağının cənubunda HƏMAS-ın kəşfiyyat xidmətinin rəhbəri Usama Tabaşın öldürüldüyünü açıqlayıb.

AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hərbi kəşfiyyat bölməsinin rəhbəri və təşkilatın müşahidə və hücum bölməsinin rəhbəri terrorçu Usamə Tabaşı Qəzzanın cənubunda hava zərbəsi ilə məhv edib", – deyə bəyanatda bildirilir.

Məlumata görə, Tabaş HƏMAS-ın yüksək rütbəli terrorçularından biri idi və təşkilat üçün mühüm əməliyyat biliklərinin mənbəyi sayılırdı.

Onun, HƏMAS-da müxtəlif rəhbər vəzifələr tutduğu, o cümlədən Xan Yunis briqadasında batalyon komandiri olduğu bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti