Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət olub

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət olub
  22 Mart 2025    Oxunub:844
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-fevral aylarında 4,6 milyon müraciət qeydə alınıb.
AzVision.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, ölkənin e-sosial.az sosial reyestri olan portalından həmin dövrdə 2 milyon dəfə istifadə edilib, 47 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2025-ci ilin yanvar-fevral aylarında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 82 milyon olub.

AzVision.az


Teqlər:





Xəbər lenti