Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı

Şübhəlilər İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən etiraz aksiyalarında saxlanılıb.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında etirazlarla bağlı açıqlama yayıb:
“İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt imkan verilməyəcək və qətiyyən dözüm göstərilməyəcək. Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçiliyindədir”.
AzVision.az
Teqlər: