İstanbulda atışmada vətəndaşımız yaralanıb

İstanbulda atışmada vətəndaşımız yaralanıb
  25 Mart 2025    Oxunub:842
Türkiyənin İstanbul şəhərində meydana gələn atışma əsnasında üç nəfər xəsarət alıb.
"Haber Global" xəbər agentliyinin məlumatına görə, hadisə şəhərin Şişli rayonundakı otelin restoranında qeydə alınıb. İki nəfər restoranda oturanlara atəş açıb.

Hücum nəticəsində 3 nəfər yaralanıb. Bildirilir ki, təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılan yaralılardan Erkan A. və Beyhan T ağır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül xəsarət alıb.

Hadisəni törədənlər hadisə yerindən qaçıblar. Hazırda polis araşdırma aparır.

AzVision.az


Teqlər: Türkiyə   hadisə  





Xəbər lenti