ABŞ Putinin təklifini rədd edib

“Biz başa düşürük ki, danışıqlar Rusiya və Ukraynadan çətin qərarlar və kompromislər tələb edəcək. Biz hər iki tərəflə işləyirik və onları danışıqlar masasına oturtmaq üçün səylərimizi davam etdiririk”, - xanım Bryus deyib.
Amerikalı məmur həmçinin Rusiyanın Ukraynada müvəqqəti administrasiya ideyasını Trampın dəstəkləmədiyini vurğulayıb. Çünki Ukrayna konstitusion demokratiyanın mövcud olduğu ölkədir. Burada idarəçilik onun Konstitusiyası və Ukrayna xalqı tərəfindən müəyyən edilir.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada “müvəqqəti idarəetmə”nin tətbiqi barədə müzakirə aparmağı təklif etmişdi.
Sahil İsgəndərov
AzVision.az