Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə cavab

   Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə    cavab
  24 Aprel 2025    Oxunub:304
Kanadanın xarici işlər naziri olan bir şəxsin, ölkənin milli maraqlarına üstünlük vermək və beynəlxalq aləmdə nüfuzunu qorumaq əvəzinə, Kanada Erməni Milli Komitəsinin maraqlarını müdafiə etməsi, bu vəzifə üçün zəruri olan mühakimə və məlumatlılıq səviyyəsi ilə bağlı ciddi narahatlıqlar doğurur.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada XİN rəhbəri Melani Jolinin “X” sosial şəbəkəsində 1915-ci il hadisələri ilə bağlı müraciətinə cavabında deyilir.

“Təəssüf ki, siz Ermənistan tərəfindən törədilmiş etnik təmizləmələrə, qətliamlara, vəhşiliklərə, mədəni irsin məhv edilməsinə və digər insanlıq əleyhinə cinayətlərə məruz qalmış 1 milyondan artıq azərbaycanlının əzablarını tanımadınız. Bununla bağlı deyilən gözəl bir söz var: “Qərəz, kölgə kimi, ağlın işığını qaraldır.” Sadəcə bir xatırlatma: hər zaman faktlara əsaslanın, erməni diasporasının saxta hekayələrinə deyil”, - A.Hacızadə bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanın anti-terror tədbirləri, onun ərazilərində yerləşən qeyri-qanuni Ermənistan hərbi birləşmələrinin təxribatlarına qanuni və mütənasib cavab idi.

“Cəmi 24 saatdan az davam edən bu əməliyyat, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə, qanunsuz erməni hərbi birləşmələrinin və onların infrastrukturunun zərərsizləşdirilməsinə yönəlmişdi. Mülki əhali və infrastruktur hücuma məruz qalmayıb, bölgədən ermənilərin köçməsi isə onların könüllü seçimi olub”, - o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti