“Azərkosmos” dövlət qurumlarına proqnoz təhlilləri təqdim edəcək

“Azərkosmos” dövlət qurumlarına proqnoz təhlilləri təqdim edəcək
  25 Aprel 2025    Oxunub:330
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) dövlət qurumlarına və biznesə xam məlumatdan proqnoz təhlilləri təqdim etməyə keçir.
Bunu “Azərkosmos”un nümayəndəsi Aynurə Balakişiyeva Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib.

Onun sözlərinə bu prosesdə süni zəkanın (AI) iştirakı çox vacibdir: "Bu təhlillər həmin subyektlərə lazım olduqda dərhal hərəkətə keçməyə və fövqəladə və digər hallarda xəbərdarlıqlar almağa kömək edəcək. Əgər biz AI haqqında danışırıqsa, ondan başlamaq lazımdır ki, o, artıq lüks deyil, daxili müşahidə üçün zəruri bir alətdir. İntellektual tapşırıq platformalarından tutmuş xüsusiyyətlərin avtomatlaşdırılmış aşkarlanmasına qədər, biz AI-ni Yer müşahidəsi zəncirinin hər yerində istifadə edə bilərik. Bu, məlumatların toplanması ilə qərar qəbul edilməsi arasındakı vaxtı, həmçinin dövlət qurumlarına və ya biznesə məlumat təqdim etmək üçün lazım olan insanların sayını azalda bilər”.

O bildirib ki, süni zəkanın istifadəsində bir çox problemlər də mövcuddur: "Çünki qərəzli və ya yanlış şərhlərin qarşısını almaq üçün lokallaşdırılmış məlumatlar, həmçinin müvafiq məlumatlar əldə etmək üçün maşın öyrənməsi baxımından alqoritmləri təlim edilməlidir.

Xüsusilə Azərbaycan coğrafiyasının müxtəlif olduğunu nəzərə alsaq, biznes və hökumət üçün dəqiq məlumat əldə edilməsi məqsədilə modelləri düzgün öyrənməliyk”.

AzVision.az



Teqlər:





Xəbər lenti