Rəhman Hümmətov: Media mühüm vasitədir

"Rəqəmsal media ictimai nəzarət, şəffaflıq və sosial məsuliyyət funksiyalarını daha da gücləndirməklə yanaşı, alternativ informasiya mənbələrinin formalaşmasına və ictimaiyyətin məlumatlara çıxışının təmin edilməsinə töhfə verir. İnsanların gündəlik həyatında uğura, müsbət davranış modelinə və düzgün həyat tərzinə nail olmalarında media böyük rol oynayır.
Media həm də cəmiyyətlə dövlət arasında körpü funksiyasını yerinə yetirərək, vətəndaşlarla sağlam dialoqun qurulmasında mühüm vasitədir. Media ilə səmərəli əməkdaşlıq, sağlam informasiya mühitinin formalaşdırılması bizim üçün strateji hədəf və əsas prioritetlərdəndir".
AzVision.az
Teqlər: