Rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür

Rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür
  03 May 2025    Oxunub:608
Ölkə ərazisində düşən yağıntının miqdarı Qaxda 11, Balakəndə 10, Tovuz, Daşkəsən və Zaqatalada 9, Şahdağ, Göygöl və Şahbuzda 6, Şərurda 4, Cəfərxan, Yardımlı, Culfa, Gəncə və Ordubadda 3, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki, Ceyrançöl və Gədəbəydə 2, Naxçıvan, Naftalan, Qobustan, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Lerik, Cəlilabad, Lənkəran və Astarada 1 mm-dir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, bəzi yerlərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yardımlı, Balakən, Mingəçevir və Şahdağda 20, Altıağac və Şahbuzda 18, Göygöl, Xınalıq və Gədəbəydə 16, Culfa və Şəkidə 15 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında 23, Naxçıvan MR-da 29, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək.

AzVision.az


Teqlər: hava  





Xəbər lenti