Bahar Muradova: Ailə Konsepsiyasının qəbulu vacibdir

Komitə sədri bildirib ki, bu, olduqca mürəkkəb sənəddir: "Ailə Konsepsiyasını hazırlayarkən dünya təcrübəsini öyrənməyə çalışdıq. Bəzi ölkələr istisna olmaqla, əksər dövlətlərdə bununla bağlı sənəd yoxdur. Daha əvvəl müəyyən xalqlar və dövlətlər sözügedən konsepsiyaya ehtiyac duymayıb. Ancaq hazırda dünyada gedən proseslər, xüsusilə milli və ənənəvi dəyərlərin aşınması, milli identikliyə olan təhlükələrin genişləndiyi və hər cür təzyiqlərin olması bir çoxlarımızın düşünməyə vadar etdi. Bilirsiniz ki, biz milli kimliyinə, tarixinə, bağlı xalqıq. Ona görə də sənədin qəbulu vacibdir".
B.Muradova bildirib ki, hazırkı ənənələri gələcək nəsillərə də ötürməliyik.
"Nə qədər müasir cəmiyyətə qovuşsaq da, yeniliklərin, inkişafın gözəl nəticələri olsa da, biz bu inkişaf yolunu milli kimliyimiz, dəyərlərimiz, mədəniyyətimiz və tariximiz üzərindən keçməliyik. Babalarımızdan aldığımız irsi gələcək nəsillərə ötürməyi təmin etməliyik. Bu baxımdan konsepsiyanın qəbulu çox vacibdir və Dövlət Komitəsi bu yöndə xeyli iş görüb. Sənədin hazırlaması prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların, bu sahə üzrə mütəxəssislərin rəyini öyrənmək üçün görüşlər keçirmiş, təkliflərini və rəylərini öyrənmişik. Həmçinin digər dövlət qurumlarının öhdəlikləri və təklifləri öyrənilməkdədir. Hazırda işçi qrupu fəaliyyət göstərir və ölkədə ailə siyasətini təmin edən əlaqədar orqanlar prosesə cəlb olunublar. Vaxtaşırı görüşlərimiz olur. Sənəd yekunlaşdıqdan sonra qurumlardan rəy alıb aidiyyatı üzrə təhvil verəcəyik", - o əlavə edib.
AzVision.az
Teqlər: