Peskov: "Rusiya 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək"

      Peskov:    "Rusiya 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək"
  10 May 2025    Oxunub:634
“Bunu düşünməliyik. Bu, hadisələrin yeni inkişaf mərhələsidir. Bizim öz mövqeyimiz var,” – deyə Peskov qeyd edib.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “CNN“ telekanalına açıqlamasında bildirib.

O, əlavə edib ki, bir neçə gün əvvəl Prezident Vladimir Putin 3 günlük atəşkəs elan edib.

“Siz Kiyevdən hər hansı cavabın şahidi oldunuzmu? Xeyr. Biz də şahidi olmadıq. Kiyevin atəş təklifinə cavab verməməsinə görə ona ünvanlanan hər hansı tənqidlər oldumu? Yenə də yox,” – Kreml sözçüsü vurğulayıb.

AzVision.az





Teqlər:





Xəbər lenti