Hakan Fidan Rusiya kəşfiyyatı ilə nəyi müzakirə edib? │ Şərh

   Hakan Fidan    Rusiya kəşfiyyatı ilə    nəyi müzakirə edib?    │ Şərh
  20 İyun 2026    Oxunub:271
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə Rusiyaya səfəri zamanı Putin və Lavrovdan əlavə, üç əsas kəşfiyyat orqanlarının rəhbərlərilə də görüşüb:
• Aleksandr Bortnikov (Federal Təhlükəsizlik Xidməti, FSB)
• Sergey Narışkin (Xarici Kəşfiyyat Xidməti, SVR)
• İqor Kostyukov (Hərbi kəşfiyyat, QRU).

Yəqin ki, Türkiyə tərəfi Rusiyanın İrandakı kəşfiyyat fəaliyyəti və kölgə oyunları ilə maraqlanır. Bu mövzunu danışmaq üçün keçmiş peşəkar kəşfiyyatçı (Peşəkar kəşfiyyatçının keçmişi olmur) Hakan Fidan ideal namizəddir.

Amma bizim üçün ən maraqlı tərəf cənab Fidanın Lavrovla görüşdə yenidən “3+3” formatını gündəmə gətirməsidir. Format Güney Qafqazın taleyinin 3 region dövləti və 3 böyük qonşu (Rusiya, Türkiyə, İran) tərəfindən müəyyən edilməsini nəzərdə tutur. Amerikanın TRİPP layihəsi ilə regiona daxil olduğu əsnada bu təşəbbüs olduqca maraqlı görünür və bir sıra suallar doğurur.

Niyə Hakan Fidan real görünməyən bir formatı gündəmə gətirməyə çalışıb? Bu, İranın və Rusiyanın TRİPP layihəsinə ilə bağlı təlaşlarını azaltmaq və əngəl törətmək cəhdlərini üçündürmü? Hazırda bu ehtimal ən ağlabatan versiyadır.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Rusiya  



Xəbər lenti