Şəlaləyə dırmanmaq olar?

Şəlaləyə dırmanmaq olar?
  01 Fevral 2013    Oxunub:2605
Fevralın 2-3-də Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının yarımfinal və final mərhələləri keçiriləcək.
FAİREX-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata əsasən, yarımfinala vəsiqə qazanmaq üçün kifayət qədər peşəkarcasına mübarizə aparan və çempionatın çətinlik və sürət yarışları üzrə II mərhələsinə keçən idmançılar bu mərhələdə Rusiya, Gürcüstan, İran və başqa ölkələrin idmançıları ilə birgə yarışacaqlar.
Qeyd edək ki, ölkəmizdə bu kimi yarışların təşkil olunması gələcəkdə Azərbaycan idmançılarının qayayadırmanma və buzadırmanma üzrə texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq dağçılıq, qayayadırmanma və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının əlaqələrinin daha da genişləndirilməsinə, o cümlədən yarışların beynəlxalq tələblər səviyyəsində keçirilməsinə şərait yaradacaq.


Teqlər:  





Xəbər lenti