Niyə ingilislər hinduşkaya `Türkiyə`, fransızlar isə `Hindistan` deyir

Niyə ingilislər hinduşkaya `Türkiyə`, fransızlar isə `Hindistan` deyir
  28 Noyabr 2013    Oxunub:2460
New York Times, hinduşkanın `Turkey`-Türkiyə adını almasına səbəb olan tarixə nəzər salıb.
New York Times Birləşmiş Ştatlarda Təşəkkür Günündə süfrələrin şahı hesab olunan hinduşka ilə bağlı maraqlı bir xəbərə imza atıb. Qəzet hinduşkanın ingilis dilindəki tərcüməsi olan `turkey` sözünün nəyə görə 4 min 429 mil uzaqlıqdakı bir ölkə olan Türkiyənin ingilis dilindəki qarşılığının eynisi olduğunu araşdırıb.

Beləliklə, hinduşkaya Türkiyə deyilməsinin səbəbləri belədir: Bir zamanlar ingilislər olduqca yoxsul bir həyat tərzi keçirirmişlər. Yeməyə nə kartofları nə də ki soğanları vardı, elə hinduşkaları da yox idi. Daha sonralar onlar ekzotik bir quşa rastladılar. Ac ingilislər adını belə bilmədikləri bu quşu kəsib ətini bəh-bəhlə yeməyə başladılar. Elmi adı Numida meleagris olan bu quş Madaqaskardan gəlirdi amma ingilislər bunu bilmirdi. Tək bildikləri bu quşun İngiltərəyə Avropadan keçməklə gələn türk tacirlər tərəfindən gətirildiyi idi. Vəziyyət belə olunca quşu elə onu gətirənlərin ölkəsinin adıyla “türkiyə” çağırmağa başlayıblar.

Daha sonra ispanlar Yeni Dünyaya başqa bir quşla ayaq basdılar. Elmi adı Meleagris gallopavo olan bu quş ingilis süfrələrində servis edilməyə başlandığında dadı `Turkey` dedikleri ilk quşa bənzədiyi üçün onu da `turkey` olaraq adlandırdılar.

Fransızlar isə hinduşkaya “dinde” deyirlər. Çünki, fransızlar ilk dəfə qarşılaşdıqlarında bu quşun Hindistandan, yəni onların dilində d`İnde`dən gəldiyini düşünürdülər. Bundan da maraqlısı isə türklərin də hinduşkaya `hindi` demələrinin səbəbi fransızlardan qaynaqlanır. O ki, qaldı bizə, biz hinduşka sözünün`hind` tərəfinin türk, `uşka` hissəsini isə rus qonşularımızdan götürmüşük.

S. Həsənova



Teqlər:  





Xəbər lenti