"Qarabağ"ın potensial rəqibləri müəyyənləşib

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşib
  02 Avqust 2019    Oxunub:1916
UEFA Çempionlar Liqasının pley-off-unda qarşılaşacaq potensial rəqiblər bəlli olub.
Azvision.az xəbər verir ki, III təsnifat mərhələsində bir-birinə rəqib olan “Qarabağ” - APOEL (Kipr) cütünün qalibi səpələnmişlər qrupundakı klublardan biri ilə qarşılaşacaq.

Səpələnmişlər

ÇFR Kluj (Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün qalibi

Səpələnməmişlər

“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
APOEL (Kipr) – “Qarabağ” cütünün qalibi
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün qalibi

Qeyd edək ki, pley-offun püşkü avqustun 5-i atılacaq.

Azvision.az


Teqlər: UÇL   Qarabağ   Pley-Off  





Xəbər lenti