Amerika konqresmenlərinin yarısı milyonçudur

Amerika konqresmenlərinin yarısı milyonçudur
  11 Yanvar 2014    Oxunub:1367
Senat və Nümayəndələr palatasının 534 üzvündən 268-nin 1 milyon dollardan artıq aktivləri var. Yaranan situasiyanın ABŞ tarixində ilk dəfə qeydə alındığı bildirilir.
Konqressmenlərin əmlakları barədə məlumatlar “Məsuliyyətli Siyasət Mərkəzi” ictimai təşkilatının rəsmi ünvanında yerləşdirilib. Həm Demokrat, həm də Respublikaçılar partiyasının üzvləri təxminən eyni sərvətə malikdirlər.

Demokrat konqressmenlərin sərvəti orta hesabla 1,04 milyon dollardırsa, Respublikaçılarda bu göstərici təxminən 1 milyon dollardır. Senatorlar Nümayəndələr palatasının nümyəndələrindən daha varlıdırlar. Müvafiq olaraq 2,7 milyon və 896 min dollar.
Ən zəngin konqresmen- Nümayəndələr palatasının Kaliforniya ştatından seçilən Respublikaçı üzvü Darell İssadır. Onun 598 milyon dollar şəxsi sərvəti var.
Ən kasıb konqresmen isə digər Respublikaçı Devid Valdaodur. Onun ailəvi süd fermasının büdcəyə 12 milyon dollardan artıq borcu var.

“Siyasi Məsuliyyət Mərkəzi”nin hesabatı Konqresdə minimum əmək haqları və işsizliyə görə verilən müavinətlərin həcmi barədə aparılan debatlara həsr olunub.
Aparılan sosioloji sorğular siyasi institut kimi Konqresə vətəndaşların etibarının son illər ən aşağı səviyyəsinə düşdüyün göstərir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti