Misirdə referendum keçirilir

Misirdə referendum keçirilir
  16 Yanvar 2014    Oxunub:1234
Misirdə referendum sakit şəraitdə, seçicilərin yüksək fəallığı ilə keçir.
AzVision.az xəbər verir ki, Misirdə ölkənin yeni konstitusiyasının layihəsinə dair səsvermə prosesi davam edir. Səsverməni pozmaq üçün göstərilən ayrı-ayrı cəhdlərə baxmayaraq, referendum sakit şəraitdə, seçicilərin yüksək fəallığı ilə keçir.

Seçicilərin qeyri-adi fəallığı ucbatından Misirin Ali Seçki Komissiyası arzu edənlərin hamısının səs verə bilməsi üçün əlavə beş seçki məntəqəsi açmağı qərara alıb. Ölkə sakinlərinin çoxu yeni Əsas Qanuna böyük ümid bəsləyir, hesab edir ki, bu konstitusiya onların həyatını yaxşılığa doğru dəyişəcək, ölkəyə siyasi sabitlik gətirəcək.
Misir KİV-ləri səsvermənin monitorinqini həyata keçirən hakimlərin məlumatına istinadla xəbər verirlər ki, Qahirənin bir rayonunda əllərində odlu silah olan şəxslər seçki məntəqəsinə soxulmağa cəhd göstərib, lakin ordu və polis məsələyə müdaxilə edəndən sonra iğtişaşların qarşısını almaq mümkün olub. Misirin daxili işlər naziri Məhəmməd İbrahim deyib ki, “Müsəlman qardaşları” təşkilatından olan terrorçular vətəndaşları qorxutmağa və səsvermə prosesini pozmağa nail ola bilməyəcəklər, hüquq mühafizə orqanları bütün bu cəhdlərin qarşısını dərhal alacaqlar”.

Ölkənin yeni konstitusiyasının layihəsinə dair səsvermə çərşənbə günü yerli vaxtla saat 21.00-da başa çatacaq. Gözlənildiyinə görə, ölkədə səsvermə məntəqələri bağlandıqdan sonra mətbuat konfransı keçiriləcək və referendumun ilkin yekunları elan ediləcək.


Teqlər:  





Xəbər lenti