Kiyevdə polisə hücum edənlər tutulub
Saxlanılmış digər şəxs “Çerep” ləqəbli 41 yaşlı kişidir. O, əvvəllər adam öldürdüyünə görə məhkum olunub və 13 il dustaqlıq həyatı yaşayıb. İlkin məlumata görə, bu adam “Patriot Ukrainı” təşkilatının fəaliyyətində iştirak edir.
Kiyevdəki Qruşşevski küçəsində baş verən hadisələrlə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin 294-cü maddəsi üzrə (kütləvi iğtişaşlar) cinayət icraatı başlanılıb. Hüquq mühafizəçilərinə hücumların fəal iştirakçıları saxlanılaraq daxili işlər orqanlarına gətirilir.
Teqlər: