Dünya bu görüntülərdən danışır: Tankla duelə çıxdı - VİDEO

   Dünya bu görüntülərdən danışır: Tankla duelə çıxdı -    VİDEO
  20 May 2022    Oxunub:671
Ukrayna hərbçilərinin qəhrəmanlığına dair yeni video yayılıb. Xarici KİV dronla çəkilən həmin görüntülərin müharibələr tarixində yeni qəhrəmanlıq nümunəsi kimi təqdim edib.
Ukrayna artilleriyaçılarından "zərgər dəqiqliyi" - VİDEO
Məqalədə qeyd edilir ki, döyüşlərdə piyadaların ən çox çəkindiyi tanklar olur. Çünki onun atdığı mərmilər nəinki binaları, texnikaları dağıdır, onun həndəvərində olan istənilən canlının həyatda qalmaq şansını sıfıra endirir.

"Amma rus tankı ilə təkbaşına duelə çıxan ukraynalı xüsusi təyinatlı bu tendensiyanı alt-üst edib. Xarkovdakı Ukrayna hərbi birləşmələrin yaydığı videoda bir cəsur hərbçi zirehli texnikanın atdığı mərmilər altında tankın üzərinə gələrək onu məhv etməyə çalışır. Hadisə Xarkov vilayətinin Rusiya sərhədindən 6 mil məsafədə yerləşən Pitomnik şəhərində baş verib. Görüntülərdə diqqət çəkən məqamlardan biri isə T-80BVM tankının ona meydan oxuyan əsgərin üzərinə gedə bilməməsidir. Rus tankçı yerində manevrlər edir, tankın arxa hissəsindən qığılcım və tüstü çıxdığı aşkar görünür. Bu isə onun artıq bir dəfə vurulmasından xəbər verir. Tankçı son anda irəli şığımaq qərarı verir. Bu anda təxminən 300 metr məsafədə qəhrəman bir əsgər peyda olaraq tankı vurmağa çalışır. Özünü itirən tankçı naməlum istiqamətə atəş açmağa başlayır", - məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az

Teqlər:   Ukrayna   Tank  







Xəbər lenti