Kiyev müharibənin nə vaxt bitəcəyini açıqladı

   Kiyev müharibənin nə vaxt bitəcəyini açıqladı
  21 May 2022    Oxunub:1003
Ukrayna Rusiya ilə aparılan müharibənin nə vaxta qədər davam edəcəyini açıqlayıb. Xarici işlər nazirinin müşaviri Anton Geraşenko deyib ki, müharibə Ukrayna Silahlı Qüvvələri bütün işğalçıları ölkədən çıxararaq Rusiya sərhədindən içəri atana qədər davam edəcək.
- Düşünürəm ki, öz "Stalinqradımızı", ruslar üçün "Kursk" döyüşümüzü(tarixin ən geniş əhatəli tank döyüşüdür-red)təşkil edənə qədər müharibə davam edəcək. Mən demirəm ki, Berlinə olduğu kimi Moskvaya da hücum olacaq... Amma Ukraynanın işğalçıları işğal olunmuş ərazilərdən: Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini silah gücünə çıxarmaq üçün hər cür şansı var, - Geraşenko deyib.

Onun sözlərinə görə, Xarkov yaxınlığındakı əks-hücum göstərdi ki, Ukrayna yumruğu ilə tutarlı zərbə vura, rusları üstün qüvvələrlə ərazilərdən sıxışdırıb çıxara bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər: Müharibə   Ukrayna   Rusiya  





Xəbər lenti