“Flyone Armenia” İrəvan-Antalya uçuşlarına başlayır

      “Flyone Armenia”    İrəvan-Antalya uçuşlarına başlayır
  21 May 2022    Oxunub:375
"Flyone Armenia" aviaşirkəti iyunun 14-dən başlayaraq İrəvan-Antalya-İrəvan marşrutu üzrə qeyri-müntəzəm reyslər təşkil edəcək. AzVision.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, reyslər həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 110 avrodan başlayır.

Qeyd edək ki, aviaşirkət İrevan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir. “Flyone Armenia” hava operatoru sertifikatını 27 oktyabr 2021-ci ildə alıb. Bir neçə istiqamətə - Moskva, Lion, Paris, İstanbula uçuşlar həyata keçirir. Şirkətin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Xaçatur Sukiasyanın ailəsinə məxsus olduğu deyilir.

Tural Tağıyev
AzVision.az

Teqlər: Reys  







Xəbər lenti