MAQATE rəhbəri təhlükəli Metsamoru təriflədi

MAQATE rəhbəri təhlükəli Metsamoru təriflədi
  05 Oktyabr 2022    Oxunub:306
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ermənistan AES-ə yardımını davam etdirəcək. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanda işgüzar səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi "Twitter"də yazıb.
O qeyd edib ki, Ermənistan iqtisadiyyatı Metsamorda işləyən elektrik stansiyasına arxalanır.

Metsamor AES-i qeyri-peşəkarlar təmir edirmiş - İrəvandan etiraf
"Eyni zamanda, Metsamorda təhlükəsizlik tədbirlərini görməyə şadam. Heyətin səriştəsinə heyranam", - Qrossi vaxtı keçmiş Metsamor AES haqqında yazıb.

Qeyd edək ki, Ermənistan AES Cənubi Qafqazda yeganə atom elektrik stansiyasıdır və Ermənistanda istehsal olunan bütün elektrik enerjisinin üçdə birindən çoxunu istehsal edir. Buna baxmayaraq AES-in uzun illərdir köhnəlməsi və standartlara cavab verməməsi nəinki Qafqaz, ümumilikdə Avropa üçün ciddi təhdid doğurur.
Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   AES  







Xəbər lenti