"Forex Club"un təsisçisi təyyarə qəzasında öldü

 "Forex Club"un təsisçisi təyyarə qəzasında öldü
  28 Noyabr 2022    Oxunub:480
"Forex Club" şirkətinin (Libertex Group-un bir hissəsi-red.) təsisçisi Vyaçeslav Taran Monakoda təyyarə qəzasında həlak olub.
AzVision.az xəbər verir ki, onun ölüm xəbərini "Libertex Europe"nin departament rəhbəri Fivos Papadopulos təsdiqləyib.

"Təəssüf ki, biz bunu təsdiq edə bilərik", - Papadopulos RİA Novosti-nin sorğusuna cavab verib.

“Libertex Group cümə günü baş vermiş helikopter qəzasından sonra həmtəsisçi və direktorlar şurasının sədri olan Vyaçeslav Taranın vəfatını böyük kədərlə təsdiqləyir. Vyaçeslavın həyat yoldaşı Olqa və üç uşağı qalıb" , - Libertex şirkəti də müəmmalı ölüm xəbərini təsdiqləyib.

Qeyd edək ki, bundan öncə faciə barədə Monaco Daily News məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti