Almaniya nüvə başlığı daşıyan “F-35”lər alır

   Almaniya nüvə başlığı daşıyan “F-35”lər alır
  01 Dekabr 2022    Oxunub:523
Almaniya 2022-ci ilin sonunda nüvə başlığı daşıya bilən Amerikanın beşinci nəsil “F-35” qırıcılarının alınması üçün müqavilə bağlamağı planlaşdırır.
Bunu Almaniya kansleri Olaf Şolts deyib. O qeyd edib ki, “F-35”lər Almaniyanın NATO-da nüvə iştirakına töhfə verməyə davam edə bilməsi üçün lazımdır. Nüvə silahlarının paylaşılması Alyansın çəkindirmə konsepsiyası ilə bağlıdır.

Almaniyada atom bombası olmamasına baxmayaraq, alman təyyarələri hərbi əməliyyatlar zamanı Amerika nüvə başlıqlarını daşıya bilər. İndiyədək bu vəzifə Bundesverlə xidmətdə olan “Tornado” kəşfiyyat təyyarələrinə həvalə edilib. Onların 2025-ci ildə başa çatacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti