Zaxarova: "Qərb Ukraynanı sona qədər məhv etmək niyyətindədir"

    Zaxarova:   "Qərb Ukraynanı sona qədər məhv etmək niyyətindədir"
  22 Mart 2023    Oxunub:1106
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Britaniyanın Ukraynaya tərkibində tükənmiş uran olan mərmilər təhvil vermə planı Qərbin nəhayət Ukrayna dövlətini məhv etmək istədiyini göstərir.
“Bu gün heç bir şübhə yoxdur ki, biz ABŞ və Britaniya başda olmaqla kollektiv Qərbin Ukraynanı sadəcə, sona qədər məhv etmək niyyətindən danışırıq”-deyə, o bildirib. Onun sözlərinə görə, mərmilərin tədarükü planları ilə bağlı bəyanatlardan sonra Ukraynanın gələcək rifahına əmin olduqları ilə bağlı bütün söhbətlər bitir.

Qeyd edək ki, Britaniya tərkibində tükənmiş uran olan mərmiləri Ukraynaya təhvil verəcəyini vəd edib. Bunu krallığın müdafiə nazirinin müavini Annabel Qoldin bəyan edib. O, Lordlar Palatasının üzvü Baron Hiltonun sorğusuna verdiyi cavabda bildirib ki, Britaniya Ukraynaya hərbi yardımın bir hissəsi olaraq, tükənmiş uranlı döyüş sursatları tədarük edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti