Rusiya XİN: "ABŞ Ukrayna münaqişəsində birbaşa iştirak edir"

      Rusiya XİN:  "ABŞ Ukrayna münaqişəsində birbaşa iştirak edir"
  22 Mart 2023    Oxunub:980
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ faktiki olaraq Ukraynadakı münaqişədə birbaşa iştirak edir.
Onun sözlərinə görə, ABŞ demək olar ki, hər gün münaqişəni gərginləşdirmək niyyətini nümayiş etdirir: "Vaşinqton Kiyevi getdikcə daha çox ölümcül silahlarla təmin etməklə münaqişənin faktiki tərəfi olduğunu vurğulayır. Biz Amerika tərəfini vəziyyəti gərginləşdirməməyə çağırırıq".

Diplomat qeyd edib ki, Rusiyanın təhlükəsizliyi bütün mümkün vasitələrlə təmin ediləcək və ölkəsinin qətiyyətini heç bir ABŞ pilotsuz uçan aparatı sarsıda bilməyəcək. Sergey Ryabkov əlavə edib ki, hazırda Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakının dayandırılması ilə bağlı mövqeyinin dəyişdirilməsindən söhbət gedə bilməz.


AzVision.az


Teqlər:





Xəbər lenti