“Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” - Mirzoyan

   “Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” -    Mirzoyan
  24 Mart 2023    Oxunub:1203
“Ermənistan və Azərbaycan sülh müqaviləsi danışıqlarının bir neçə raundunda ideal olmasa da, qarşılıqlı məqbul ifadələr tapıblar”.
AzVision.az “armenpress.am” saytına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, bununla belə, ilkin əhəmiyyət kəsb edən məsələlər hələ də müzakirə olunur: “Müzakirələr, fikir mübadiləsi aparılıb, bəzi güzəştli mətnlər hazırlanıb. Təəssüf ki, bu, prioritet olmayan məsələlərə aiddir. Bütün prioritet məsələlər hələ də müzakirə olunur”.

Nazir bildirib ki, danışıqlar prosesində vasitəçilik yoxdur: “Bu danışıqlar ikitərəflidir. Azərbaycanla sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir”.

AzVision.az


Teqlər:





Xəbər lenti