Britaniyalı mütəxəssislər Azərbaycan hərbçilərinə təlimlər keçib - FOTOLAR

   Britaniyalı mütəxəssislər Azərbaycan hərbçilərinə təlimlər keçib -    FOTOLAR
  25 Mart 2023    Oxunub:899
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən ölkəmizdə keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hərbi hissənin şəxsi heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən Britaniya Hərbi Məsləhətçi Təlim Qrupunun mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu bitirənlərə sertifikatlar təqdim olunub.

Mərasimdə çıxış edənlər bu cür kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, təlim qrupunun mütəxəssislərinin iştirakı ilə keçirilən kursda hərbi qulluqçulara Sülhə Dəstək Əməliyyatları, BMT-nin kodeksinə uyğun davranış qaydaları və silahla münaqişə hüququ, eləcə də digər mövzular üzrə praktiki təlimlər keçirilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti