İlham Əliyev və xanımı “Qarabağ” - “Qalatasaray” oyununa baxıblar - FOTOLAR

   İlham Əliyev və xanımı “Qarabağ” - “Qalatasaray” oyununa baxıblar -    FOTOLAR
  26 Mart 2023    Oxunub:1137
Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.

"Qalatasaray" futbol klubunun prezidenti Dursun Özbək Prezident İlham Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini təqdim edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası erkən qolla hesabı açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. "Qalatasaray" matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:2










AzVision.az


Teqlər:





Xəbər lenti