Bu barədə Times of India qəzeti məlumat yayıb. Qeyd olunub ki, ölənlərin beşi qadındır. Sakinlərə fil hücumları Xaraqpur və Jarqram meşəlik ərazilərində baş verib. Səlahiyyətlilər həlak olanların ailələrinə təzminat ödənildiyini və fillərin bölgələrdə insanlara və kənd ərazilərinə hücumlarının qarşısını almaq üçün tədbirlərin gücləndirildiyini bildirib.
Qəzetin yazdığına görə, belə hadisələrin baş verməsinin əsas səbəbi insan fəaliyyəti nəticəsində fillərin yaşayış yerlərinin azalmasıdır.
Ilkin Nəcəfzadə
AzVision.az
Teqlər: