Müflis olan “Silicon Valley Bank” satılıb

Müflis olan “Silicon Valley Bank” satılıb
  27 Mart 2023    Oxunub:975
“First Citizens Bank & Trust Company” bank holdinqi müflis olmuş “Silicon Valley Bank”ın (SVB) bütün depozit və kreditlərini alır.
Bu barədə Federal Əmanətlərin Sığortalanması Korporasiyası məlumat yayıb. Qeyd olunub ki, artıq tərəflər arasında bütün əmanətləri, kreditləri almaq və qəbul etmək üçün müqavilə bağlanıb.

Vurğulanıb ki, müflis olan bankın müştəriləri, “First Citiens Bank & Trust Company” tərəfindən sistem dəyişikliklərinin tamamlandığı barədə xəbərdar olunana qədər “Silicon Valley Bank”ın cari filiallardan istifadə edə biləcəklər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti