Rusiya Ermənistandakı qırıcıları havaya qaldırdı

   Rusiya Ermənistandakı qırıcıları havaya qaldırdı
  29 Mart 2023    Oxunub:810
Ermənistandakı Cənub Hərbi Dairəsinin aviasiyasının MiQ-29 çoxməqsədli qırıcılarının ekipajları təlim uçuşları həyata keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, pilotlar təlim çərçivəsində müasir hava döyüşünün aparılması üsullarını məşq ediblər.

"Hərbçilər təlimlərdə hava döyüşləri qurub, idarə olunan və pilotsuz nəqliyyat vasitələrini ələ keçirərək sıradan çıxarıblar. Həmçinin onlar düşmənin şərti təyyarələrinin hücumundan yayınıblar", - məlumatda deyilir.

Təlim uçuşlarına Cənub Hərbi Dairəsinin 130-dan çox hərbi qulluqçusu və 25-ə yaxın texnika cəlb olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim   Ermənistan  





Xəbər lenti