Polisləri daşıyan avtobus yandı - VİDEO

   Polisləri daşıyan avtobus yandı -    VİDEO
  31 Mart 2023    Oxunub:1147
Türkiyədə Rizədən Malatyaya gedən polisləri daşıyan avtobus yanıb. AzVision.az xəbər verir ki, hadisə Hamsıköy ərazisində baş verib.
Polislər dərhal alovlanan avtobusu tərk edib. Əraziyə Maçka bələdiyyəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının baş vermə səbəbi naməlumdur. Hadisə ilə bağlı araşdırma başladılıb.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti