Ermənistanda dava salan deputat saxlanıldı

   Ermənistanda dava salan deputat saxlanıldı
  31 Mart 2023    Oxunub:982
“Hayastan” müxalifət blokunun deputatı Mher Saakyan parlamentdəki insidentdən sonra saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, martın 31-də Ermənistan parlamentinin qapalı iclası zamanı Saakyan həmkarı Vardanyanın ünvanına əsassız ifadələr işlədib və onun qaşına vurub.

Ermənistan İstintaq Komitəsinin İrəvan üzrə departamentinin Ağır Cinayətlər İdarəsində cinayət işi başlanıb.

Mher Sahakyan hadisədən sonra cinayət törətməkdə əsaslı şübhə olduğu üçün saxlanılıb və polis bölməsinə aparılıb. Deputat Vardanyan “Nairi” tibb mərkəzinə aparılıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib. Bir neçə nəfər dindirilib.

İstintaq davam edir.

Qeyd edək ki, Ermənistan parlamentində insident yaşanıb. Müxalifət fraksiyasından olan deputatı Hayk Saakyan qapalı müzakirə zamanı hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vladimir Vardanyana hücum edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti