Roma papası xəstəxanadan evə buraxılıb

   Roma papası xəstəxanadan evə buraxılıb
  01 Aprel 2023    Oxunub:963
Romadakı Gemelli klinikasında 3 gün müalicə alan Papa Fransisk bu gün evə buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın “Rai News 24” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pontifik Roma xəstəxanasına martın 29-da günortadan sonra daxil olub. Həkimlər ona respirator infeksiya diaqnozu qoyublar. Martın 30-da Müqəddəs Taxt-Tacın mətbuat xidməti papanın viruslu bronxitin müalicəsi üçün daha bir neçə gün xəstəxanada qalacağını açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti