O, keçən il ABŞ və Almaniyadan ayrılan maliyyə artımını yüksək qiymətləndirib və Çini, Körfəz ölkələrini, milyarderləri və başqalarını "irəliyə böyük addım atmağa" çağırıb.
Agentliyə verdiyi müsahibədə Bizli BMT-nin Ümumdünya Ərzaq Proqramının ehtiyacı olan milyonlarla insana kömək etmək üçün bu il ehtiyac duyduğu təxminən 23 milyard dolları toplaya bilməyəcəyindən "son dərəcə narahat olduğunu" söyləyib.
Beasley keçən il BMT-nin Ümumdünya Ərzaq Proqramı üçün 14,2 milyard dollar toplayıb ki, bu da 2017-ci ildə baş icraçı direktor vəzifəsinə gəldiyi zaman toplanan 6 milyard dollardan iki dəfə çox olub. Bu pulla 120-dən çox ölkə və ərazidə 128 milyondan çox insana kömək edilib.
Bizli keçən il ABŞ-ı maliyyələşdirməni 3,5 milyard dollardan 7,4 milyard dollara, Almaniyanı isə bir neçə il əvvəl 350 milyon dollardan 1,7 milyard dollara yüksəltməyə inandıra bildiyini, lakin bu il bunu edəcəklərini düşünmədiyini qeyd edib. O, həmçinin bildirib ki, keçən il BMT-nin ərzaq proqramına cəmi 11 milyon dollar verən dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çindən başlayaraq digər ölkələrin də irəliyə doğru addım atması lazımdır.
Direktor Çini aclıq və yoxsulluğu əhəmiyyətli dərəcədə azaltmaqda irəliləyişinə görə tərifləyib. Lakin vurğulayıb ki, adambaşına təxminən 22 dollar verən ABŞ ilə müqayisədə dünyanın aparıcı iqtisadiyyatı keçən il adambaşına bir sentdən az pul ödəyib.
Yüksək neft qiymətləri ilə Körfəz ölkələrinin, xüsusən də Şərqi Afrika, Sahara və Yaxın Şərqin digər bölgələri ilə əlaqələri olan müsəlman dövlətlərinin də daha çox iş görə biləcəyini ifadə edən Bizli töhfələrini artıracaqlarına ümid etdiyini bildirib.
AzVision.az
Teqlər: