Fransız polisi mərakeşli jurnalistə qarşı irqçilik edib

Fransız polisi mərakeşli jurnalistə qarşı irqçilik edib
  01 Aprel 2023    Oxunub:877
Fransada pensiya islahatlarına qarşı keçirilən aksiyanı lentə alan jurnalistə polislər mane olublar.
AzVision.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qeyd olunub ki, polislər Mərakeş əsilli jurnalistə “evinə get” deyərək gözyaşardıcı qazdan istifadə edib.

"Loopsider” video-xəbər platformasının operatoru Amar Taoualitin polislərə jurnalist olduğunu xatırladıb. Buna baxmayaraq, onlar buna məhəl qoymayıblar.

"Mən işləyirəm, mən jurnalistəm. Siz jurnalistlərə hücum edirsiniz. Mənim mətbuat kartım var. Hazırda çəkiliş edirəm, diqqətli olun, bu yayımlanacaq”, - jurnalist cavab verib.

O, mətbuat kartını göstərsə də, polis Amar Taoualitiyə qarşı ikinci dəfə gözyaşardıcı qazdan istifadə edib və onun çəkiliş aparmasına mane olub.

AzVision.az



Teqlər: Fransa   İrqçilik  





Xəbər lenti