İsraildə yenidən kütləvi etirazlar başlayıb

İsraildə yenidən  kütləvi etirazlar başlayıb
  01 Aprel 2023    Oxunub:1002
İsrail müxalifəti Baş nazir Beniamin Netanyahunun layihənin təsdiqini ən azı yaya qədər dayandırmaq qərarına baxmayaraq, axşam saatlarında məhkəmə islahatına qarşı yenidən kütləvi etiraz aksiyaları təşkil edib.
AzVision.az xəbər verir ki, ən böyük nümayiş ötən həftələrdə olduğu kimi Təl-Əvivdə keçirilib.

Nümayişçilər öncə şəhərin mərkəzi bulvarları boyu məşəl və pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər. Minlərlə etirazçı “İsrail diktatura deyil”, “Demokratiya ya üsyan” şüarları səsləndiriblər. Yürüş şəhərin şərqində hökumət binaları kompleksinin yaxınlığında başa çatıb.

AzVision.az



Teqlər: İsrail   Etirazlar  





Xəbər lenti