Peskov: "Rusiyaya qarşı bütün cəbhələrdə müharibə gedir"

      Peskov:    "Rusiyaya qarşı bütün cəbhələrdə müharibə gedir"
  28 May 2023    Oxunub:1059
"Rusiyaya qarşı bütün cəbhələrdə müharibə gedir. Moskva ayıq düşüncəsini, soyuqqanlılığını və gücünü saxlamalıdır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinin "Teleqram" kanalına müsahibəsində deyib.

"Biz emosiyalara boyun əyməməliyik. Ayıq düşüncəli olmalıyıq. Bizə faydalı olanı, maraqlarımıza ən uyğun olanı etməliyik, sərt olmalıyıq, lakin narahatlıqlarımızı, bizim üçün qəbuledilməz olan məqamların nə olduğunu açıq şəkildə çatdırmalıyıq. Biz bütün bunları onlara çatdırmalıyıq”, - Peskov bildirib.

Xüsusi əməliyyata toxunan Kreml sözçüsü vurğulayıb ki, onun məqsədləri dəyişməyib və hər biri yerinə yetirilməlidir.

AzVision.az


Teqlər:






Xəbər lenti