Ərdoğan iyunun 2-də and içəcək

   Ərdoğan iyunun 2-də and içəcək
  30 May 2023    Oxunub:972
Mayın 28-də Türkiyədə keçirilən seçkilərin II turunda yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın iyunun 2-də andiçmə mərasimi keçirilə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Bildirilir ki, prezident seçkilərinin yekun nəticəsinin cümə axşamı açıqlanacağı gözlənilir. Cümə günü prezident Ərdoğanın Türkiyə Böyük Millət Məclisində and içəcəyi gözlənilir. Həmin gün yeni Nazirlər Kabinetini də açıqlanacaq.

Prezidentin sözçüsü İbrahim Kalın bildirib ki, andiçmə mərasiminə beynəlxalq liderlər dəvət olunacaq.

Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti