Starmer və Makron Putinə müraciət ediblər

   Starmer və Makron Putinə müraciət ediblər
  06 May 2025    Oxunub:494
Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron telefon danışığı zamanı Ukraynadakı müharibə ətrafında vəziyyəti müzakirə edərək, substantiv sülh danışıqlarına başlamaq üçün Rusiyanı 30 günlük atəşkəslə razılaşmağa çağırıblar.
AzVision.az Böyük Britaniya hökumətinin saytında yerləşdirilmiş açıqlamaya istinadən xəbər verir ki, Starmerin fikrincə, Ukrayna dialoqa hazır olduğunu nümayiş etdirir və sülhə can atan tərəf olaraq qalır.

"Liderlər, həmçinin qarşıdan gələn Böyük Britaniya-Fransa sammitlərinə, o cümlədən Avropa İttifaqı-Böyük Britaniya görüşünə hazırlıq məsələlərinə də toxunublar", - məlumatda bildirilir.

Böyük Britaniya müharibəyə hazırlaşır
Xatırladaq ki, özünün “ərazi uğurlarının” nəzərə alınmasında isaralı olan Rusiya bundan əvvəl ABŞ-nin 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləməkdən boyun qaçırmışdı. Kremlin Qələbə Paradı ilə bağlı may ayında cəmi üç günlük atəşkəs təklifini isə, Ukrayna qeyri-ciddi və siyasi motivli təşəbbüs kimi rədd edib.

Bu arada “The Daily Telegraph” nəşri Rusiyadan mümkün təhlükəyə qarşı Böyük Britaniyanın məxfi “Milli müdafiə planı” hazırladığı barədə məlumat yayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Starmer   Makron   Rusiya  





Xəbər lenti