Ailə Məcəlləsi dəyişdi

   Ailə Məcəlləsi dəyişdi
  30 May 2023    Oxunub:1020
Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, dəyişikliklər layihəsində himayədar ailənin yaranmasına və himayədar valideynlərə dair yeni tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin hansı hallarda ləğv ediləcəyi, valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir, valideynlik hüquqlarının məhdudlaşdırılması halları sərtləşdirilir, övladlığa götürmə qaydası təkmilləşdirilir, himayədar ailəyə verilən uşağın monitorinqinin aparılması, fərdi inkişaf planının hazırlanması, ailəsinə qaytarılmış uşaqların həyatı üçün birbaşa təhlükə aşkarlandıqda prokurora məlumat verilməsi, himayədar ailələrə verilmiş uşaqların və himayədar ailələrin elektron qeydiyyatının aparılması, 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı fikrinin öyrənilməsi və s. nəzərdə tutulur.

Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti